Tokyo 2020 medal dizaynı

Tokyo 2020 Olimpiya Komitəsi qalib idmançılara təqdim olunacaq medalların dizaynlarını ictimaiyyətlə paylaşdı. Beləki dizayn yarışmasının qalibi olan Juniçi Kavanişi (Junichi Kawanishi) medalları sırf təkrar emal edilmiş metallardan hazırlamışdır. Ötən iki il ərzində Tokyo 2020 Olimpiya və Paralimpiya Komitəsi ölkə miqyasında köhnə qurğuların toplanılmasına başladı. Məqsəd belə bir beynəlxalq tədbirdə ətraf-mühitin qorunmasına vurğu verərək diqqət çəkmək idi.

85 mm diametri olan medalların ön hissəsində Afinadakı Panathinaikos [:Panafineykos] stadionunun qarşısında qürurla dayanan qələbə tanrısı Nike [:Nayki] əks olunub. Digər tərəfində isə Tokyo 2020 loqosu və Olimpiya halqaları var. Medalın ümumi forması qarışıq çevrələrdən ibarətdir. Bununla isə dizayner yenidən emalın dövriyyə prosesinə vurğu verir. Hətta o qeyd edirki: “İdmançılar qələbə üçün gündəlik səy göstərməlidirlər”. Nə də olsa ətraf-mühitin qorunması prosesi də bir yarışdır və bizə gərəkli olan mütləq qələbədir…

0