THE NEW YORK PUBLIC LIBRARY VƏ INSTAGRAM

The New York Public Library daha çox insana kitabların elektron versiyasını çatdırmaq üçün Instagram’ın funksiyalarından istifadə etməyə başlayıb. Beləki kitabxanaya dizayn xidməti göstərən Nyu-Yorkun “Mother Design” agentliyi Instagramın “Stories” funksiyası ilə müxtəlif kitabları hissə-hissə paylaşmağı planlayan “Insta Novels” layihəsini reallaşdırıb. Hətta Instagram’ın “Highlights” funksiyası ilə həmin əsərləri daha uzun müddət aktiv saxlamaq olur. 

Həm də bu funksiya ilə kitabaxana müxtəlif əsərləri izləyicilərə əlçatan edir. İlk yayım isə Lewis Carroll’un “Alice’s Adventures in Wonderland” əsəri oldu. 22 Avqustda geometrik kəsimlərlə hazırlanmış Alice olan kiçik bir intro ilə bu əsər story-də yayımlanıb. Yayımlanan story-lərdə mətn Georgia fontu ilə hazırlanıb və sağ altı hissədə siz oxumadan keçməsin deyə story-ni saxlamaq üçün barmaq yeri qoyulub. Bu barmaq yeri isə nöqtə şəklində başlayaraq Siz story-də irəlilədikcə hərəkət edir. Texnologiya və sosial şəbəkələrin kitab oxumağın önünə keçdiyi bir dövrdə belə bir layihə böyük kütlənin yenidən kitab oxumağa təşviqini təmin edir. Biz də Azərbaycan Milli Kitabxanasından belə bir addım gözləyir və daha kreativ ideyaların ortaya çıxmasını istərdik.

0