SUPREME VƏ NEW YORK POST

Keçən səhər Nyu-Yorklular çox maraqlı bir hadisənin şahidi olub. Bütün New-York Post qəzetinin tirajlarının üz qabığında sadəcə Supreme-in loqosu var idi. Sadə bir səhifə, ağ fon və qabarıq bir Supreme loqosu. Şirkət yeni kolleksiyasının tanıtımı və reklam kampaniyasına dəstək üçün belə bir kreativ reklam ideyası ilə çıxış edib. Payız-qış kolleksiyasının ən maraqlı konsepsiyasılarından biri də Hong-Kong film sevərlərinin yaxından tanıdığı “The Killer” dizaynıdır. Yeni kolleksiya ABŞ, Latın Amerikası və Avropa ölkələrində 16 avqustda, Yaponiyada 18 avqustda, rəsmi onlayn mağazasında isə 20 avqustdan satışa çıxardılacaq.
0