Sir Jony Ive | Apple

Sir J. Ive – Apple şirkətinin baş dizayneri 30 ilin ardından şirkəti tərk edəcəyini elan etdi. iPod və iPhone da daxil olmaqla, Apple’ın ən çox tanınan və inqilabi məhsulları ilə məhşur olan Ive ayrılma səbəbi olaraq isə öz dizayn studiosunu qurmasını göstərib. Ive ayrılma xəbərini Financial Times ilə edilən xüsusi bir müsahibə zamanı qeyd edib: “Bir Apple işçisi olmayacaq olsam da, şirkətlə əlaqələrimi kəsməyəcəm… Görünür ki, bu qərarı vermək üçün təbii və doğru zamandır.” “30 ilə yaxın bir müddətdə saysız layihədən sonra Apple’da tayı bərabəri olmayan bir dizayn komandası və mədəniyyəti yaratmaq üçün etdiyimiz işlər məni ən çox qürurlandıran nüansdır.”
1996-ci ildən etibarən Apple’ın dizayn komandasını idarə edən Ive 1998-ci ildə iMac ilə başlayaraq şirkətin ən fərqli dizayn parçalarını yaradaraq Apple’ın bazardakı mövqeyin gücləndirirdi. Onun dizayn etdiyi məhsullar arasında 2001-ci ildə iPod və 2010-cu ildə iPad xüsusi yer tutur. Bundan əlavə olaraq Ive Apple Watch və Apple’ın son dərəcədə məhşur olan AirPod’larını dizaynı ilə də adını tarixə yazıdırıb. Ive’nin zərif və fərqli cihazları Apple’ın ən yaxşı məhsullarından sayılır və şirkətin brendə sadiq müştəri bazasının yaradılmasına kömək olurdu. Onun gördüyü işlər Apple’ın cihazlarının qrafik dizaynerlər üçün ən yaxşı kompyuterlərdən olmasının yolunu açdı.
Ive’nin yeni dizayn studiosu LoveFrom, Apple’dan tamamilə ayrıldıqdan sonra 2020-ci ildə bazara çıxacaq. Məhşur sənaye dizayneri Marc Newson da bu yolda ona yardım edəcək və LoveFrom’ın bir üzvi olacaq.

0