OUTDOOR REKLAMIN YENİ GÖZ NURU!

Bir çox insanın Heydər Əliyev Mərkəzi ilə birlikdə tanıdığı Zaha Hədidin dizayn brendi olan Zaha Hadid Architects yeni bir memari işə imza atıb – JCDecaux reklam şirkəti üçün hazırlanmış olan nəhəng memari outdoor lövhəsi. “The Kensington” deyə adlandırılan bu lövhə müəyyən bir əyriliyə sahib poladdan və daxilinə yerləşdirilmiş rəqəmsal ekrandan ibarətdir. Yaradıcıları lövhə haqqında belə bir nüansı qeyd ediblər: “Paslanmayan polad zolaq, ekranı əhatələyən qıvrımlarla birlikdə müxtəlif rakurslardan baxıldığı zamanı fərqli siluetlər olaraq görülür”. Mərkəzi Londonla, Heathrow havalimanı yolunda yerləşən bu lövhə yüksək ekran keyfiyyətinə malikdir və ölçüsü 26×6 metr təşkil edir.

JCDecaux müasir dizayn, rəqəmsal medya və cəmiyyət incəsənətini bir-biri ilə birləşdirərək yeni bir dönüş nöqtəsi yaratmaq istəyir. Və bu fərqliliyi, yeni diqqət mərkəzini yaratmaq üçün Zaha Hadid’in memari üslubuna müraciət edərək həyata keçiriblər.

0