? MANAT = DİZAYN

Sizcə ölkəmizdə dizayn qiymətləri necədir? Price list var mı? Ümiyyətlə sifarişçilərin price list’dən xəbəri var mı? Ya da belə deyək nəyə əsasən 100 Azn’ə 3 variantda loqo tələb olunur? Ya da dizaynı ediləcək “obyekt” dünyaya səs salacaq da amma indilik bizdən kiçik endirimmi istənilir? Son sualı ümumi dırnaq içərisində nəzərə alın 🙂 Gəlin problemin dərininə enək. Zənnimizcə 3 variant bizim dizayn bazarında qiymətlərə yön verir. Birinci variant: işin ciddiyəti və yaradıcılıq səviyyəsinin nəzərə alınmaması. Əvvəlki yazılarımızda da qeyd etdiyimiz üzərə müştərilər dizayn sektorunu bir vəzifə olaraq ciddiyə almır. Ona görə biz – dizaynerlər tez-tez “sənin əlində 5 dəqiqəlik işdi”, “nə varee bunu burdan ora qoyursanda” ya da “vallah bacarmıram, bacarsam bundan yaxşısın edərəm” kimi ifadələrlə qarşılaşırıq. Bu yanaşma onlara işi daha da ucuzlaşdırmağa və onun qiymətini yerlə bir etməyə bəs edir. Yadınızdadırsa Çermayef qeyd etmişdi: İnsanlar bu sahənin – dizaynın nə olduğun bilmirlər. Həqiqətəndə əgər Siz bir sahə üzrə məlumatlı deyilsinizsə o zaman həmin sahə üzrə qiyməti öz təxmininizə görə təyin edirsiniz. Başqa bir tərəfdən bazardakı qeyri-dəqiqlikdən istifadə edərək bəzi dizaynerlər bu qiymətlə razılaşaraq müştərilərin mövqeylərin gücləndirirlər. Keçək ikinci varianta xarici bazarla müqayisə. Bildiyiniz kimi ABŞ’da, Avropanın bəzi ölkələrində dizaynerlər saat başı iş üçün məvacib alırlar. Belə olduğu zaman “5 dəqiqəlik” iş prinsipinə görə ödəniş olunur. Və ya klassik bir şəkildə nümunə çəkilən bir-iki misal var: “o boyda Nike’nin loqosu belə 35$-a hazırlanıb. Hələ Twitter-ı demirəm…” Nəzərə almaq lazımdır ki, Nike’nin loqosunu hazırlayan Karolin (Carolyn Davidson) loqonu yaradarkən tələbə idi. Təcrübəsiz idi… Saatı 2$-dan 17.5 saat ərzində bu loqonu ərsəyə gətirmişdir. Bu arada sonradan Nike ona dəyəri bazarda 600.000$ çox olan səhmləri də hədiyyə etdi. 

© Work Design Group
Twitter’ın ilk loqosu isə stock vektordan ibarət idi (bu arada biz müştəriyə stock vektor təqdim etsək bizi ağ yuyub qara sərərlər). Bax buna görə “ucuz” idilər. Bu vəziyyət yenə də birinci varianta toxunur. Yetərli bazar və sahə üzrə ümumi anlayışın olmaması. Keçək 3-cü varianta, amateur press. Yəni bu işdə kifayət təcrübə və dünyagörüşü olmayan dizayn fərdlərinin və ya şirkətlərinin bazar qiymətindən aşağıda bir rəqəmə dizayn etmələri. Misal Siz 500 Azn və üzəri rəqəm deyirsiniz onlar isə 100 Azn-ə 3 variantda loqo təklif edərək Sizi üstələyirlər. Nəticədə həmin müştəri gələcəkdə də Sizdən bu qiymətə dizayn etməyinizi tələb edir. Ümumilikdə isə proses necə gedir? Öncəliklə müştəri etmək istədiyi dizayna uyğun şirkətləri və ya fərdləri araşdırır. Onların portfolioları ilə yaxından tanış olur və əlaqəyə keçir. Brief (bir digər yaralı yerimiz) yollanılır. Dizayner və ya agentlik brief’lə tanış olur və buna uyğun price list hazırlayıb yollayır. Əgər müştəri də buna razıdırsa o zaman müqavilə bağlanılır və öhdəliklər yerinə yetirilir. Az-çox bazar qiymətindən narazılıq etdik 🙂 Məsələ pulda deyil məsələ “vinematelni” olmaqdadır… Məsələ pul üzərində qurulsaydı onlarla ödənişi “təşəkkür” olan dizaynlar dünyanın dörd bir yanında dövr etməzdi… Bu gün müəyyən dərəcədə bazara təsir edən 3 variantla tanış oldunuz. Bizim 3 variantımız 100 Azn etməsədə başlıqdakı sual işərisinin yerinə hansı rəqəmi layiq biləcəyiniz, işinizə verdiyiniz qiymətlə eyni olacaq… Və sonda bu peşəyə qoyulan hörməti və dizaynerlərin günlük yaşamını əks etdirən video’nu Sizlərlə paylaşırıq.
0