KARLOVY VARY BEYNƏLXALQ FİLM FESTİVALI

Karlovy Vary 1946-cı ildən bu yana fəaliyyət göstərən və geniş auditoriyaya sahib film festivalıdır. Hər il yüzlərlə rejissorların, film istehsalçılarının, akytor və jurnalistlərin iştirak etdiyi bu tədbir öz vizual kimliyini yeniləyir. Vizual kimlik Çexiyada yerləşən Studio Najbrt tərəfindən hazırlanıb.

Festival loqosunun ilk başda nə ifadə etdiyini anlamaq biraz çətin olur amma ad və konseptini birləşdirdiyimiz zaman nə deyilmək istədiyi yaxşı anlaşılır. Loqoda 53 ədədi (bu il artıq 53-cü festivaldı) ilə film lentinin birləşməsi təsvir olunub. Ümumi lenti xatırladan loqoda lentin kənarlarında olan boşluqlar elə nöqtələrə qoyulub ki, bizlərə 53 ədədini xatırlatsın. Rəng seçimində isə film sektorunda əsas sayılan ağ, qara və qırmızı rənglər istifadə edilib. Ümumi pattern (naxış) dizaynı və loqonun adaptasiyası inanılmaz dərəcədə gözəl alınıb. 

Agentlik işi bir az irəli aparıb bəzi sözləri də loqo üslubunda verməyə çalışıb. Əslində bu gərəkli deyildi çünki kimlik üçün təyin edilmiş Neue Haas Grotesk fontu qala-qala nəyə görə loqo adaptasiyası istifadə edilsin? Üstəlik də bu adaptasiyalar loqodakı effekti vermirsə. Bu hissəni çıxsaq konsept ideyası və dizayn həqiqətən də uğurlu alınıb.