HAQQIMIZDA

“Seemore” dizayn haqqında daha çox şey göstərmək istəyən rəqəmsal bir layihədir. Sadəcə dizayn proqramlarından deyil həmçinin yeni trendlərdən və musiqi, texnologiya, siyasət, incəsənət kimi sahələrdə dizaynın təsirindən bəhs edəcəyik. Çünki məqsədimiz ölkəmizdə inkişafı zəif, çatışmazlığı çox olan bir sahənin tərəqqisinə nail olmaqdır. Dizayn və dizaynerlər haqqında olan səhv düşüncələri aradan qaldırmaq, dizayn dünyasındakı yenilik və xəbərləri izləyicilərimizə çatdırmaq, dizaynın “qulaqdan dolma” termin və biliklərlə deyil qramatik biliklərlə təbliği, milli dilimizdə belə bir portalın olması istəyi bizim əsas öhdəliklərimizdir. Bunun üçün də bloqumuzun daha interaktiv və maraqlı olması üçün müxtəlif bölmələr olacaq. Səsvermələr, informasiyalar, videolar, yükləmələr və əlimizdən gələn hər şeyin yaxşısın Sizinlə bölüşməyə çalışacağıq. Odur ki, izləmə də qalın, bloqumuzu paylaşaraq həm bizə dəstək, həm də daha böyük kütlələrə çatmaqda yardımcı ola bilərsiniz.

Hörmətlə, Seemore Komandası.

0