EVERNOTE

2008-ci ildə yaradılan Evernote qeyd aparmaq, web səhifələrindən görüntü almaq, “to do list” hazırlamaq və arxiv yaratmağa yarayan əvəzedilməz bir mobil tətbiqetmədir. 225 milyondan çox istifadəçiyə sahib bu tətbiqetmə maraqlıdır ki, indiyədək Facebook, Microsoft, Apple kimi nəhəng şirkətlər tərəfindən alınmayıb. Bir neçə gün öncə isə DesignStudio Evernote’un redizaynını paylaşıb. 

Evernote’un əsas elementi loqosundakı fil (a.k.a Mads) simvoludur. Studio ilkin olaraq loqonun yenilənməsindən başlayıb. “Mads yaxşı bir şəkildə yaşlanıb (istifadəçilərin loqonu “həzm etməsi” nəzərdə tutulur) amma tam şəkildə qəlibləşməsi üçün bəzi struktur həllərə ehtiyacı var idi. Sərt hissələrin yumşaldılması və geometrik olması mənfi sahəni (negative space) daha çox optimizə edir. Qulağındakı qıvrım həm kitabın qatlanmasını həm də sənəd ikonunu xatırladır amma kiçik olması bir növ bu effekti itirir deyə onu iki dəfə böyütdük. Gözlərini yumşaldaraq rahat və sükunətdə olan bir Mads yaratdıq.” deyə redizaynın açıqlaması verilib. Dəyişikliklərdən bir digəri isə rəngdir. Tünd boz rəngdən yaşıl rəngə keçid edilib. Font seçimində əsas fərq isə kiçik hərflərlə və daha uyumlu olmasıdır. Amma studio serif tipdən kənara çıxmaması gözdən qaçmayıb.

Ən əsas məqamlardan biri isə pattern sistemidir. 5 tip (teamwork/integration/potential/achievement/what matters most) və onların kombinasiyasından hazırlanmış pattern sistemi olduqca düşünülmüş və müasirdir. Iconlar və göstərgələr də həmçinin pattern kombinasiyalı sistemdən hazırlanıb. Ümumi redizayn yaxşı düşünülmüş ən əsası yeni məntiqi qurama uyğunlaşdırılmışdır. Bu isə sadəcə kiçik dəyişiklik edilmiş redizayndan fərqli bir səviyyədə iş olduğunu sübut edir.

0