CHERMAYEFF & GEISMAR & HAVIV

Logomotion! Heç eşitmişdinizmi? Bəlki hə, bəlki də yox. “Yox!” deyənlər üçün qısa bir xülasə keçək. Logomotion – adından da göründüyü üzərə bir şəxsin və ya agentliyin etdiyi loqoları düzgün keçidlərlə təqdim edən bir videodur. Nəyə görə məhz düzgün keçidlər əgər belə olmasa o zaman biz bu videoya slideshow demək məcburiyyətində qalırıq. Bir fərq də ondan ibarətdir ki, slideshow’lar biraz sıxıcı olur. Bəs logomotion’unun mövzumuz olan dünyanın tanınmış dizayn korporativ ilə nə əlaqəsi var? Bizim komanda biraz “vintage” üslubda gəzinən komandadır 😄 ona görə də köhnə brandbooklar, loqolar, videolar filan saxlayırıq. Təsadüfən yenidən qarşılaşdığımız CHERMAYEFF & GEISMAR’a aid logomotion bu korporasiya ilə bağlı məqalə yazmağımıza ilham qaynağı oldu. Bütün daşları yerinə oturtduğumuza görə başlayaq o zaman.

Logomotion videosunu buradan izləyə bilərsiniz:

İvan Çermayef və Tom Qeyzmar (Ivan Chermayeff ; Tom Geismar) 1950-ci ilin ortalarında Yale’də tələbə olaraq bir araya gəldilər. Onlar yazı dizaynları (typeface design) üzrə məqalə üçün araştırma edirdilər. 1957-ci ilin yazında isə Brownjohn Chermayeff Geismar’ı qurmaq üçün Robert Brouncon (Robert Brownjohn) ilə çalışmağa başladır. Amma çox təəssüf ki, üç il sonra Robert tərəfdaşlıqdan imtina etdi. 2008-ci ildə isə Sagi Haviv şirkətin ən gənc və üçüncü böyük tərəfdaşı oldu. Şirkət indiyə kimi istər dünya miqyaslı istərsə də ABŞ ərazisindəki şirkətlər üçün yüzlərlə loqo və korporativ kimlik hazırlamışdır. DəmirDöküm, NBC, Mobil, Koç Holding, National Geographic, New-York University, Xerox (rebrendiqdən öncəki loqosu), Chase Bank tanış gəlir? Bunların hamısı CHERMAYEFF & GEISMAR’ın işlərinin sadəcə bir qismidir. CHERMAYEFF & GEISMAR demişkən bu arada şirkətin adı Sagi Haviv gəldikdən sonra CHERMAYEFF & GEISMAR & HAVIV oldu. Bir məsələni də qeyd etməliyik ki, İvan Çermayefin vəfatı keçən ilin ən ağır itkilərindən biri olmuşdur.

50 illiyini qeyd edən ikili keçirilən bir konfransda belə bir çıxış etmişdilər: “İlk dönəmdə Siz nə işlə məşğulsunuz deyəndə? Əslində Biz ticarətçi sənətçilərik – deyirdik. Onlar bunun nə olduğunu bilmirdilər və Səni tək buraxırdılar. Bu əla bir şey idi. İndi isə insanlar o qrafik dizaynerdi deyirlər. Digərləri də “Həə mənim qohumum da qrafik dizayner üzrə təhsil alır” deyirlər. Və onlar yenə də bunun nə anlama gəldiyin bilmirlər və yenə də Sizi tək buraxırlar. Hansı daha yaxşıdır?”. Bəlki də indiki dövrümüzdə dizayna və dizaynere qiymət verilməməsinin səbəbi budur. Bəlki də çox ucuz qiymətə yaradılan “sənətin” səbəbi budur. Bəlki də “5-10 AZN-ə” dünyamiqyaslı iş yaradılması tələbinin səbəbi budur…
0