AZƏRBAYCAN BAYRAĞI VƏ İSTİFADƏ QAYDASI

Məlum məsələdir ki, bayrağımızın şaquli (vertical) istifadə qaydasında tez-tez mübahisələr ortaya çıxırdı. Və bir neçə gün öncə Nazirlər Kabineti isə bu barədə dəyişiklik edildiyini bəyan etdi. Gəlin öncəliklə bayrağımızın istifadə qaydası ilə tanış olaq: (Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı / qərar nömrəsi 55 / bənd 12 / 2005-ci il 25 mart)

12. Azərbaycan Respublikasının Dövlət bayrağı ya bayraq dirəyi, ya da xüsusi tutqaclara bərkidilən dəstək üzərində qaldırılır.
Bayraq dirəyinin uzunluğu parçanın enindən ən azı iki dəfə uzun olmalıdır. Bayraq binanın divarında bayraq dirəyində aşağıdakı qaydada asılmalıdır:
– divara nisbətdə 45 dərəcədən az olmayan bucaq altında;
– divara perpendikulyar.
Bayraq üfqi müstəvidə quraşdırılarkən (yerdə, döşəmədə, masanın üstündə və s.) onun bərkidildiyi bayraq dirəyi üfqi müstəviyə perpendikulyar və ya 60 dərəcədən az olmayan bucaq altında bərkidilə bilər.
Bayraq dirəksiz də asıla bilər. Bu halda bayraq:
– şaquli müstəviyə sıx bərkidilərək divara çəkilib uzadılmalı;
– binanın və ya tikilinin tavanına həmin hissədə yerləşən üfqi vəziyyətdə mühəndis qurğusuna bərkidilməlidir.

2013-cü ildə isə 12 nömrəli bəndə əlavə 12-1-ci hissə əlavə edildi: “12-1. Azərbaycan Respublikasının Dövlət bayrağı binanın divarına dirəksiz şaquli çəkildikdə və ya şaquli vəziyyətdə xüsusi tutqaclara bərkidildikdə, Dövlət bayrağının mavi zolağı qarşıdan baxılarkən sol tərəfə yerləşməlidir”

Son qərarda isə bu “mavi sözü yaşıl“ sözü ilə əvəz edildi. Bu zaman bayrağımızın şaquli istifadəsi zamanı öndən baxarkən yaşıl sol birinci hissədə olmalıdır. Amma bir məqamı unutmamaq lazımdır qərarda “dirəksiz şaquli çəkildikdə və ya şaquli vəziyyətdə xüsusi tutqaclara bərkidildikdə” deyir, yəni əgər biz bayraq dirəyi ilə birlikdə şaquli istifadə etsək mavi rəng sol birinci olur.

İstifadə qaydası 1. Bayraq dirəyi ilə üfüqi istifadə zamanı
İstifadə qaydası 2. Bayraq dirəyi ilə şaquli istifadə zamanı
İstifadə qaydası 3. Bayraq dirəyi ilə şaquli istifadə zamanı
İstifadə qaydası 4. Bina divarına və ya hər hansı düz bir sahəyə dirəksiz istifadə zamanı
İstifadə qaydası 5. Şaquli, tutacaqlarla istifadə zamanı

0