ADDIM-ADDIM DİZAYN 1 | TƏQDİMAT – PAUL RAND NÜMUNƏSİNDƏ

Heç fikir vermisiniz, insanlar bir şeyi alarkən aldıqları şeyin yanında kiçik də olsa hədiyyələr olanda sevinir. Bu psixoloji bir haldır və bir qiymətə, xidmətə qarşılıq nə qədər çox təklif versəniz o zaman daha çox üstünlük qazanarsınız. Dizaynda da bu keçərlidir. Amma biraz fərqli. Beləki, bir dizayn edildiyi zamanı müştərinin qarşısına çılpaq şəkildə qoyaraq, “təklifim bunlardır” deməklə, dünyanın ən dahiyanə dizaynı olsa belə nəticə neqativ olacaq. Bu sahəyə yeni başlayanlar və ya qismi marağı olanlar belə loqo göndərərkən bir fon verir, mockup edib yollayırlar. Çünki onlar da bilir ki, sadə bir dizayn heç zaman bəyənilmir. Əslində tam da məsələ buradadır. Sadə dizayn bəyənilmir yox sadə təqdimat bəyənilmir. Güclü təqdimat sadə dizaynı “şah əsər” belə edə bilər. Çünki müştəri arxa fonda olanları görmür bu dizayna necə gəlindiyini bilmir bütün bu olanları ona göstərmək, ifadə etmək lazımdır.

Yadınızdadırsa “ARGENTINA a.k.a GOTHAM ROUNDED” məqaləmizdə yaradılmış loqonun sadə və mövzudan kənar olmasından danışarkən, korporativ kimliyini bəyəndiyimizi qeyd etmişdik. Çox güman müştəri də məhz bu təqdimata “aldanıb”.

1971-72-ci illərdə Graphis jurnalında bir məqalə çıxmışdı. Məqalə Paul Randın loqoları müştərilərə necə təklif etdiyindən gedirdi. Paul Rand indiki dövr təqdimatının bir növ ibtidai şəklində təqdim edirdi. 

Öncəliklə müəyyən bir mətn olmalıdır. Dizaynınızı izah etməli, niyə bu dizayna gəlib çıxdınız, nə üçün bu rəng, filan şey nəyi ifadə edir və.s (p.s kiçik bazar araştırması edib qeyd etsəniz daha da yaxşı olar). Mətn hər şeyi izah etməlidir. Bir növ yaxşı yaza bilmə qabilliyəti vacibdir. Əgər Siz də alınmırsa bir copywriter-ə (mətin yazarına) və ya yazma qabiliyyəti yaxşı olan birinə yazdıra bilərsiniz. İnanın şəxsi təcrübəmizdən qeyd edirik ki, elə dizaynlar olub ki müştəriyə sadəcə mətn yolu ilə qəbul etdirə bilmişik. Yəni bu məsələ olduqca vacibdir.

İkinci bir nüans təqdimatı geniş tutun. İstər rəng baxımında, istər yazı fontu baxımından, istərsə də adaptasiyalar (real həyatdakı əşyalara uyğunlaşdırılma) baxımından. Bu müştəriyə çeşitlilik tanımağınıza yardımcı olacaq. Bir növ ona çoxlu variantlar təklif etmiş olduğunuzu və hər tərəfli çalıştığınızı göstərmiş olacaqsınız.

Bir digər məsələ isə dizaynınız sadə belə olsa onun hansı mərhələlərdən keçdiyini və hansı qanunauyğunluqlara tabe olduğunu qeyd etməyinizdir. Çünki bu Sizə müştəriyə sadə olsa belə bu dizaynı yaratmağın ele də asan olmadığını göstərməyə imkan verəcək. 

Ən əsas məsələ isə bütün bunları çap şəklində təqdim etməkdir. Niyə?! Çünki dizayn sahəsinin ən böyük problemlərindən birinin başlama nöqtəsi buradır. RGB/CMYK problemi. Çünki dizaynerlər müştərilərə dizaynları retina və ya IPS ekranlarda rəngarəng nümayiş etdirilər. Sonra da çapda (xüsusən də ölkəmizdə) rənglər solğun çıxıb istənilən effekti vermədiyi zaman problem yaşanır. Ona görə də bütün bu qeyd etdiklərimizi bir təqdimat formasında çap edərək hazırlamaq daha üstündür. Çünki müştərilər xəyali dizayna deyil real dizayna toxunur və aralarında sinerji yaranır. Və üstəlik onlara gələcəkdəki çap olunacaq dizaynları ilə indidən tanış olma hissini yaşatmağınız, həqiqətən də böyük əmək sərf etdiyinizi görməkləri Sizə ekstra üstünlük yaradacaq.

Paul Randın “Next Computers” üçün etdiyi təqdimat və onun tanıtımı:

0