0$-a necə Art Direktor tapmaq olar?

Problemlə qarşılaşdığımızda, məhdud resurslar bəzən bizləri məsələni ən yaradıcı və effektiv yolla həll etməyə sövq edir. Elə bugün Jekyll & Hyde dizayn agentliyinin belə bir vəziyyətdən necə möhtəşəm şəkildə çıxdığını Sizlərə çatdıracağıq. Agentlik qablaşdırma dizaynları üçün rus dilini bilən art direktor axtarışında idi. Problem isə bu vakansiya axtarışı üçün büdcənin olmamasıdır. Buna baxmayaraq agentlik ağıllı bir kopiraytinq (mətn yazarlığı) həmləsi ilə 0$ qarşılığında minlərlə namizədin diqqətini cəlb edə bildi.
Art direktor vəzifəsi dizayn sahəsində ən çox rəğbət edilən vəzifələrdən olduğunu nəzərə alaraq agentlik namizədləri çox rahat şəkildə filtrləyə bildi. Bəs bu necə baş verdi? Çox sadə. Onlara gərəkli namizədlərin anlayacağı dildə mesaj verərək. Beləki agentlik xəyali bir qablaşdırma dizaynı yaradır və üzərində rus dilində bir mətn yerləşdirərək, maraqlı şəxslərin portfoliolarını göndərməklərini istəyir. 

Bu qablaşdırma dizaynını isə dünyaca məhşur qablaşdırma resursları olan saytlarda yerləşdirirlər. Bu saytlar məhşurluğu və izləyici dizayner kütləsi ilə seçilir. Tezliklə agentliyə minlərlə portfolio mailləri gəlməyə başlayır. Nəticə olaraq agentlik 0$-lıq bir məbləğlə gərəkli kütləyə çıxaraq həm bu kütləni rus dilli, həm də qablaşdırma dizaynerləri olmasını təmin etdi. Üstəlik pulsuz bir şəkildə agentliyin reklamı da oldu. Həqiqətən bəzən qiymətsiz bir şey belə ən yaradıcı həll yolu ola bilər.

1+